Alternative content

23:12 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Minsk-2019”dan “Bakı-2019”dək
“Minsk-2019”dan “Bakı-2019”dək
ANA SƏHİFƏ / İDMAN
00:57 18.07.2019


XV Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı olacaq


Son aylarda Avropada bir-birindən maraqlı idman yarışlarının şahidi oluruq. İlk olaraq ötən ayın sonlarında Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarını vurğulamaq lazımdır.

Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil edilən yarışlarda Azərbaycan 82 atletlə təmsil olundu.

Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi. Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı növbəti dəfə özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.

Bu günlərdə isə qitənin idman həyatı üçün ən əlamətdar hadisələrdən biri - XV Avropa Gənclər Olimpiya Festivalı paytaxtımızda keçiriləcək. İyulun 21-27-də Avropanın 48 ölkəsindən 3600-dən çox 14-18 yaşlı idmançılar "Bakı-2019”un qalibi olmaq uğrunda gərgin mübarizə aparacaqlar.

2018-ci il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. "Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” yarışları günlərində həyata keçirilən təşkilatçılıq işlərinə, möhtəşəm idman bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkələrin mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Eyniliklə bu kimi fikirlərə Olimpiya festivalına gedən hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür.

İdmançılarımız "Minsk-2019”dakı zəfər estafetini Bakıda davam etdirmək əzmindədirlər. Buna qədər atletlərimiz Avropa Yeniyetmələrinin 13 Olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş, 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Qarşıdakı turnirdə də doğma divarlar amilindən istifadə edərək ölkəmizi layiqincə təmsil edəcək 122 idmançı sırasında güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer alıb.

Mötəbər yarışda ölkəmizin adından 3 qız və 3 oğlan velosipedçi yarışacaq. Qızların mübarizəsində Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi), Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi) çıxış edəcəklər. Oğlanların yarışında isə Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi), Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi), Nofəl Nuriyev ("Neftçi” İdman Klubu İctimai Birliyi) güclərini sınayacaqlar.

Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və yoxlama yarışlarının nəticələri əsas götürülüb. Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə yarışlar keçiriləcək.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Artıq "Bakı-2019”da yarışacaq ölkələr də heyətlərini müəyyənləşdiriblər. Belə ki, bu günlərdə Latviya paytaxtımıza 34 idmançı ilə gələcəyini açıqlayıb. Latviyalı atletlər festivalda idmanın yeddi növü - yüngül atletika, üzgüçülük, gimnastika, tennis, cüdo, velosiped idmanı üzrə yarışlarda güclərini sınayacaqlar. Latviya ilk dəfə olaraq komanda idman növlərində iştirak etməyəcək. Bu ölkənin komandasında ən çox idmançı yüngül atletika yarışlarında mübarizə aparacaq. Latviya yığma komandasının heyətində 15 məşqçi yer alacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM