Alternative content

04:41 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:49 18.07.2019


Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar əsrlərdir sülh və həmrəylik şəraitində yaşayırlar.

Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri bu birgəyaşayışın bütün dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Artıq ənənəyə çevrilən bu məktəblər əcnəbi tələbələrin Azərbaycanın multikultural ənənələri ilə yaxından tanış olmaları üçün çox yaxşı fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla deyib.

Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verən Kamal Abdulla 2016-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Multikulturalizm ili” elan edildiyini bildirib. O vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzidir. Azərbaycan dövləti özünün multikultural siyasətini, tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir.

Himayəçilik Şurasının sədri vurğulayıb ki, Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələri arasında dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşıb. "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdəki multikultural həyat tərzinə işıq salır.

Kamal Abdulla bildirib ki, bu gün Azərbaycan multikulturalizmi bir çox ölkələrin universitetlərində fənn kimi tədris edilir.

Görüşdə Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarının sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM