02:49 18 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:47 18.06.2021

OLMADI, QARDAŞ!


01:46 18.06.2021

Halal qazanc torpaqdadır


01:37 18.06.2021

Yeni tarixi mərhələ


01:30 18.06.2021

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,  “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun  tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi  barədə” 2013-cü il 10 aprel tarixli 861 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 21 yanvar tarixli 482 nömrəli, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


01:29 18.06.2021

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 311-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli 32 nömrəli, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263 nömrəli, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 274 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması  haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 20 aprel tarixli 414 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:49 18.07.2019


İyulun 17-də "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, "Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən ilk sessiyanın moderatoru İrina Kunina qeyd edib ki, multikulturalizmin müasir dövrdə bir sıra modelləri var. Bu modellər öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

Moderator multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, ölkədə ayrı-ayrı millətlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov sessiyada çıxış edərək Azərbaycanın multikulturalizm modelindən bəhs edib. O bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda, öyrənilir.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Abbas İsmayılov dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib. Qeyd edib ki, multikulturalizm və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər dövlət-din münasibətlərinin, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsinə xidmət edir.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alıb.

Vasif Eyvazzadə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən uğurlu layihələrdən bəhs edib. Bildirib ki, "Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiyanın acınacaqlı təzahürlərindən danışıb.

Daha sonra "Bakı Prosesi”nin 10 illik fəaliyyətini əks etdirən videoçarx göstərilib.

"Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) təşkilatının fəaliyyətindən, gənclərlə bağlı reallaşdırdığı layihələrdən danışıb.

Qriffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams çıxışında dini və milli tolerantlıq mühitinin millətlərarası münasibətlərin sağlam şəkildə inkişafına töhfələri barədə söhbət açıb. O, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müzakirələr aparmalarının əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib. Brayan Adams bu cür imkanların yaradılmasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Plenar sessiyalar müzakirələrlə davam edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM