Alternative content

08:25 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət gənclər siyasəti Lənkəranda uğurla həyata keçirilir
Dövlət gənclər siyasəti Lənkəranda uğurla həyata keçirilir
ANA SƏHİFƏ / İDMAN
00:47 18.07.2019


Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Ümummilli Liderin müvafiq fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, ölkə gənclərinin dövlət quruculuğu prosesində daha mütəşəkkil surətdə iştirakına təkan verilmişdir.

Müstəqil Azərbaycanın dövlət gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanlarına çıxarılmasında Ulu Öndərin təşəbbüsü ilə keçirilən Azərbaycan gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. Ulu Öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında”, "Dövlət gənclər siyasəti haqqında”, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət proqramları bu qəbildəndir. Heydər Əliyev siyasətini hər sahədə uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin müdrik düşüncəsi, yüksək idarəetmə bacarığı ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafına dair dövlət proqramları, genişmiqyaslı investisiya layihələri bütün sahələr kimi, gənclər siyasəti və idmanı da əhatə edir, hər bir ölkə vətəndaşı kimi, hər bir gəncin də həyatının yaxşılaşmasında misilsiz əhəmiyyətə malikdir.

Dövlətimizin iqtisadi qüdrətinin durmadan artması bütün sahələrin uğurlu inkişafına müsbət təsirini göstərməkdədir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu siyasətin uğurla həyata keçirilməsi sahəsində gənclərlə iş aparan təşkilatlar, hər bir gənc üçün strateji yol xəritəsidir. Məhz bu proqram imkan verir ki, sərbəst şəkildə hər bir gənc həmin siyasətin həyata keçirilməsinin fəal iştirakçısı olsun. Bu sərəncamdan ruhlanan gənclərimiz təhsildə, idmanda, ictimai tədbirlərdə daha yaxından iştirak edirlər.

İstedadlı və yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların karyera imkanlarına şərait yaradılması məqsədilə Lənkəran Gənclər Evində "Lənkəran Debat Mərkəzi”, "Skautinq Mərkəzi” fəaliyyət göstərir. Bugünə qədər bu mərkəzdə fəaliyyət göstərən gənclər rayonun ucqar kənd məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində narkomaniya, erkən nikah, debat, skautinqin əsasları, ilkin tibbi biliklərə, fövqəladə hallara dair maarifləndirici seminar və təlimlər aparmışlar. Hər il rayonun fəal gəncləri Azərbaycanın haqq səsini, Xocalı soyqırımı ilə bağlı həqiqətləri "Xocalıya ədalət!” kampaniyası çərçivəsində sosial şəbəkələr üzərindən paylaşaraq dünya ictimaiyyətinin nəzərinə çatdırmaqda fəallıq göstərirlər.

Ənənəvi olaraq hər il fevralın 2-də ölkədə qeyd olunan Azərbaycan Gəncləri Günü cari il də Lənkəranda yüksək səviyyədə qeyd olundu, tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclər mükafatlandırıldı. Gənclər üçün əlamətdar olan bu gün münasibəti ilə dövlət başçısı Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində ölkə gəncləri ilə görüş keçirdi, onların təkliflərini qəbul edərək bütün Azərbaycan gəncliyinə öz müraciətini ünvanladı. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, o, bütün fəaliyyətində Azərbaycanın aktiv, vətənsevər, intellektual gənclərinə arxalanır.

Lənkəranda mövcud olan hərbi hissələrdə xidmət keçən gənc əsgərlərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, onların asudə vaxtının səmərəli təşkili, eyni zamanda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, eləcə də gənc əsgərlər arasında ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası haqqında məlumatlılığın artırılması məqsədilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mütəmadi olaraq hərbi hissələrdə müxtəlif əyləncəli bayram tədbirləri, gənclərin iştirakı ilə həmin yerlərə ekskursiyalar, eləcə də hərbi hissələr arası bilik yarışları keçirilir.

Hər hansı ölkədə idmanın kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı bir çox amillərdən asılıdır. Bu amillər sırasında dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Azərbaycan qədim idman ənənəsi ilə seçilən ölkələrdən biridir. Burada tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Mənbələrə əsaslanaraq deyə bilərik ki, Azərbaycan ərazisində hələ eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdır. Ölkəmizdə idmanın inkişafına müasir dövrdə önəm verilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır. "Bakı-2015” I Avropa Oyunları, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” yarışları, bu yaxınlarda isə (dəqiq tarixlə desək, 29 may 2019-cu il) UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ölkəmizdə idmanın inkişafına təkan verməklə yanaşı, turizmin, iqtisadiyyatın müxtəlif sahələrinin əsaslı şəkildə inkişafına şərait yaratmışdır.

Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərdən Azərbaycanda idman diqqət və qayğıdan kənarda qalmışdı. Bu dövrdə ölkə idmanının inkişaf etdirilməsində ilk növbədə dövlətin idmana münasibətində dəyişiklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin dövlətə başçılıq etdiyi dövrdə başlandı. Ölkədə Olimpiya Hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə Milli Olimpiya Komitəsi yaradılmışdır. Hazırda ölkədə 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərməkdədir.

2018-ci il oktyabrın 15-də ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilən, 6 hektar ərazini əhatə edən Lənkəran Olimpiya İdman Kompleksində 788 tamaşaçı yerlik universal idman salonu, 53 yerlik mehmanxana, 70 yerlik konfrans zalı fəaliyyət göstərir. Burada ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Burada mini-futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Rayonda 15 idman növü üzrə 8.242 nəfər idmanın müxtəlif növləri üzrə məşğul olur. Onlardan 1059 nəfəri qadınlar, 4.267 nəfəri 5-13 yaşlı uşaqlar, 3.137 nəfəri 14-17 yaşlı yeniyetmələr, 808 nəfəri 18-29 yaşlı gənclər, 32 nəfəri isə əlillərdir. Həmçinin rayonumuzda 202 idman qurğusu mövcuddur ki, onlardan 192-si dövlət, 10-u qeyri-dövlət təşkilatlarında yerləşir.

Lənkəranda uşaqların, eləcə də yeniyetmə və gənclərin idmana cəlb edilməsi, müxtəlif növlər üzrə rayon birincilik və turnirlərinin keçirilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə uğurla davam etdirilir. Belə ki, hər il boks, güləş, taekvando, ağır atletika, futbol, cüdo, voleybol, badminton, şahmat idman növləri üzrə keçirilən turnir və birincilikdə uğur qazanmış idmançılar respublika çempionatlarında və beynəlxalq yarışlarda Lənkəranı uğurla təmsil etmişlər. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində Lənkəran rayonunda müxtəlif idman növləri üzrə 2.200 nəfərə yaxın idmançının iştirakı ilə 27 rayon birincilik turniri keçirilmiş, qalib gəlmiş idmançılar zona və respublika birinciliklərində, eləcə də beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Eləcə də cari ilin birinci yarımili ərzində 1700 nəfərə yaxın idmançının iştirakı ilə 14 rayondaxili birincilikdə uğur qazanmış idmançılardan 41 nəfəri I yeri, 34 nəfəri II yeri, 39 nəfəri III yeri əldə etmişlər. Cari ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində Aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yunan-Roma güləşi idman növü üzrə Lənkəran rayon açıq birinciliyində 300-dən artıq idmançı öz qüvvəsini sınamışdır.

Lənkəran rayonunun idman tarixində, eləcə də Azərbaycan idmanı tarixində ilk dəfə olaraq ağır atletika idman növü üzrə Lənkəran idman məktəbini təmsil edən Rzazadə Lalə Ceyhun qızı 6-18 oktyabr 2018-ci il tarixlərində Argentinada keçirilmiş Yeniyetmələrin Olimpiya Oyunlarında qadınlar arasında Azərbaycanı təmsil edən yeganə iştirakçı kimi 58 kq çəki dərəcəsində öncül yerlərdən birini tutmuşdur.

Yalçın ƏHMƏDOV,

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM