Alternative content

10:05 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəmiyyətin ən fəal qüvvəsi
Cəmiyyətin ən fəal qüvvəsi
ANA SƏHİFƏ / Elm və texnika
00:45 18.07.2019


Hər bir dövlətin əsas missiyalarından biri gələcəyini etibar edəcəyi nəslin hazırlanmasıdır. Azərbaycanda da gənclər siyasəti dövlətin prioritet sahələrindəndir. Hazırda Azərbaycanın elmi gəncliyi həyatın bütün sferalarında fəallığı ilə seçilərək böyük əhəmiyyət daşıyan müxtəlif layihələrin reallaşmasında mühüm rol oynayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. İndi böyük iftixarla demək olar ki, ölkəmizdə gəncliyin inkişafı, elmin təbliği və populyarlaşdırılması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir.

Ölkə rəhbərinin gənclər haqqında imzaladığı sərəncamlar, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində bu təbəqənin fəal iştirakına şərait yaradır, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləyir, gənc nəslin sağlamlığını qoruyur, təhsil və məşğulluq məsələlərini diqqətdə saxlayır. Xüsusilə qeyd etmək istərdik ki, dövlət başçısının sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açmışdır. Milli Elmlər Akademiyası da öz fəaliyyətini gənclərin elmi-intellektual inkişafı ilə bağlı Azərbaycan hökümətinin yürütdüyü inkişaf strategiyasının reallaşdırılmasını hədəfləyən istiqamətlər üzrə həyata keçirir və bununla respublika elminin dünyaya inteqrasiyasının sürətləndirilməsinə və ölkədə elmin populyarlaşdırılmasına çalışır.

Mən 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuşam. 2008-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olmuşam. 2013-cü ildə bakalavr pilləsini başa vurub "Genetika” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasına qəbul olunmuşam. 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə doktoranturasına daxil olmuşam. 2017-ci ildən bəri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Proteomiks” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıram.

"Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişikliklər” mövzusunda tədqiqat işimin nəticələri respublika və xarici jurnallarda nəşr olunub, yerli və beynəlxalq konfranslarda dinlənilib və müzakirə edilib, sertifikatlar və diplomlarla mükafatlandırılıb. Ümumilikdə 14 elmi əsərin müəllifiyəm.

2017-ci ilin may ayında Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən "Gənc alimlərin elm, innovasiya və texnologiyaların inkişafında rolu” adlı II Beynəlxalq konfrasda məruzə ilə çıxış etdim.

2017-ci ildə elmi fəaliyyətdə fərqləndiyimə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olundum.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə molekulyar-genetik, hüceyrə biotexnologiyası və proteomiks yanaşmalar tətbiq olunmaqla buğdanın quraqlığa və duza davamlılığının yaxşılaşdırılması” adlı qrant layihəsinin üzvü seçildim. Bu layihə çərçivəsində 2018-ci ilin aprelində Cənubi Koreyanın Pusan şəhərində yerləşən Pusan Milli Universitetinin Bitkilərin molekulyar biologiyası laboratoriyasında elmi-praktiki ezamiyyətdə oldum.

2018-ci il oktyabrın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransında "Ən Yaxşı Məruzə” nominasiyası üzrə I yerə layiq görüldüm.

İnstitutun həyatında fəal iştirak edən elmi işçi kimi biologiyanın müasir sahələri ilə dərindən maraqlanır, nəzəri biliklər və elmi hazırlığımın artırılması üzərində müntəzəm çalışıram. Təcrübələr göstərir ki, gənclərin elmi-innovativ aktual problemləri müzakə etməsi və həll yollarının araşdırılması məkanca onların bir araya gətirilməsi məsələsini labüd edir. Hazırda tədqiqatlarımı davam etdirmək məqsədilə Cənubu Koreyanın Pusan Milli Universitetinin Bitkilərin molekulyar biologiyası laboratoriyasının müdiri, professor Choon Hwan Leedən dəvət məktubu almışam. Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 5 ay müddətində elmi fəaliyyətimi həmin universitetdə davam etdirəcəyəm.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir və bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Gənc nəsil öz elmi-ictimai fəaliyyətində daim dövlətin xüsusi qayğısını hiss edir və gələcək hədəflərinin miqyasını daha da genişləndirir. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.

Aynurə PAŞAYEVA,

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM