17 Iyul 2019 23:13
939
İDMAN
A- A+

“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb


İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Partizani” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub. Bu iki qol "Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ” komandası növbəti mərhələdə "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. "Partizani” avrokuboklarda mübarizəsini dayandırmır. Albaniya təmsilçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın "Şerif” klubu ilə üz-üzə gələcək.

22:12

"Qarabağ” və Albaniyanın "Partizani” komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun 51-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb.

 "Qarabağ” 1:0 hesabı ilə irəlidədir.

21:50

"Qarabağ” və Albaniyanın "Partizani” komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun birinci hissəsi başa çatıb.

"Dalğa Arena”da keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

21:00

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Partizani” cavab oyunu başlayıb.
"Dalğa Arena” stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində 11-likdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Araz Abdullayev və Xayme Romeo yer alıblar.

Qonaqlar - "Partizani”nin heyətində isə meydana Alban Hoca, Eqzon Belika, Erald Çinari, Yasir Asani, Bruno Teluşi, Esat Mala, Labinot İbrahimi, ErsinHakay, Uilyam Kordeyro, Eneo Bitri və Emmanuel Mensah çıxıblar.

Oyun moldovalı hakimlər briqadası tərəfindən idarə olunur. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan kömək edirlər. Dördüncü hakim funksiyasını isə Aleksandru Tyan yerinə yetirir.

Xatırladaq ki, Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.

Qeyd edək ki, "Qarabağ” komandası "Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın "Şerif” klubu ilə üz-üzə gələcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video