Alternative content

23:09 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:10 17.07.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasının gender bərabərliyi bölməsinin rəhbəri Katerina Boloqnesenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını, ötən müddət ərzində bu qurumun özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini bildirib. O, həmçinin Ombudsman təsisatının regional və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlığı, insan hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsi barədə danışıb.

Müvəkkil gender bərabərliyinin təmin olunması məsələsinə mühüm diqqət yetirdiyini və əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadınlar və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirdiyini söyləyib. Diqqətə çatdırılıb ki, təhsilin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olduğunu nəzərə alaraq, ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində "İnsan hüquqları” və "Genderə giriş” fənləri tədris edilir, mühazirələr toplusu hazırlanıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarında salınmış məcburi köçkün qəsəbələrində minlərlə məcburi köçkünə təlimlər keçirilib. Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilib, onların böyük əksəriyyəti artıq təmin olunub. İnsan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialın gücləndirilməsi, eləcə də ölkədə hüquqi təminat sisteminin müasir standartlarına uyğun inkişaf etdirilməsi və digər sahələrdə paytaxtda və regionlarda müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilib.

Müvəkkil qeyd edib ki, gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, pozulmuş hüquqların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qonaqlar müvəkkilin fəaliyyətini yüksək qiymətləndirib, Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM