17 Iyul 2019 15:18
1087
SİYASƏT
A- A+

Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkda Norveçin Beynəlxalq inkişaf naziri Daq İnqe Ulstein və İsrailin Ətraf mühitin mühafizəsi naziri, Təhlükəsizlik Şurasının üzvü Zeev Elkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, norveçli nazirlə görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Bununla yanaşı, dayanıqlı inkişaf üzrə təqdim edilən Azərbaycanın ikinci Könüllü Milli Hesabatının yüksək səviyyədə hazırlandığı, inklüziv inkişaf və özəl sektorun prosesə cəlb edilməsi məsələlərinin hesabatda geniş işıqlandırılmasının təqdirəlayiq olduğu qeyd edilib.

İsrailli nazirlə görüşdə Əli Əhmədov İsrail-Azərbaycan münasibətlərinin inkişaf etdiyini deyib, bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Zeev Elkin Azərbaycan ilə İsrail arasında daim dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində yeni əməkdaşlıqlarla daha da möhkəmlənəcəyini diqqətə çatdırıb. Nazir ölkələrimiz arasında təhsil, səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın davam etdiyini, növbəti illərdə su və su resurslarının səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını söyləyib, bununla əlaqədar ölkəmizə səfər etmək niyyətini bildirib.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video