17 Iyul 2019 11:59
900
Səhiyyə
A- A+

DST siqaretçəkmənin ağır fəsadlarını xatırladıb


Avropa regionunda ağciyər xərçənginin 90 faizinin qarşısını əhalinin siqaretçəkmə vərdişindən qurtulması ilə almaq mümkündür. AZƏRTAC xəbər verir ki, bu xəbərdarlığı Dünya Səhiyyə Təşkilatı (DST) edib. Təşkilatın Avropa bürosunun ekspertləri regionun bütün əhalisini bu zərərli vərdişdən imtina etməyə çağırıblar.

DST mütəmadi olaraq bu sahədə tədbirlər həyata keçirir. Mayın 31-də Dünya Tütünsüz Günü qeyd olunur, lakin təşkilat bu mübarizə tədbirlərini ilboyu davam etdirir.

Budapeştdə bu məqsədlə "Üç sağlam nəsil” şüarı altında bütün yaşlardan olan insanlar üçün tədbirlər, o cümlədən rəqslər və idman məşğələləri təşkil edilir. Yaxınlıqda qoyulmuş mobil klinikada isə arzu edən hər kəs tibbi müayinədən keçə bilər. Aşqabadda isə DST-nin dəstəyi ilə tütünün zərəri haqqında informasiyaların yayıldığı interaktiv aksiyalar təşkil olunub, Tbilisidə keçirilən mükafatlandırma mərasimində bu sahədə xidmətləri olan həkimlər və səhiyyə sisteminin digər əməkdaşlarına mükafatlar təqdim edilib. Tütünlə mübarizəyə həsr olunmuş ən parlaq tədbirlərdən biri Kiyevdə keçirilib. "Dünyada sərbəst nəfəs al, tütünsüz nəfəs al” şüarı altında təşkil olunan bu tədbir zamanı küçələrdə kütləvi yoqa məşğələləri aparılıb və onlar yerli KİV-də geniş şəkildə işıqlandırılıb.

Bu il Dünya Tütünsüz Günü passiv siqaretçəkməyə həsr olunub. DST-nin məlumatına görə, tütün tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 50-si isə kanserogendir. Siqaret çəkənlərin yanından duran insanlar da tüstünün təsirinə və ciddi sağlamlıq riskinə məruz qalırlar. Passiv siqaretçəkmə ürək-damar, nəfəs yolları və ağciyər xərçəngi xəstəliklərinə səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video