17 Iyul 2019 11:53
621
İQTİSADİYYAT
A- A+

Yanvar-iyun aylarında statistik vahidlərin sayı 5,3 faiz artıb

İlin birinci yarısında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5,3 faiz artaraq iyulun 1-nə 137 min 226 olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın "Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, "Nəqliyyat və anbar təsərrüfatı”, "Peşə, elmi və texniki fəaliyyət”, "Emal sənayesi”, "İnformasiya və rabitə” və "Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrində nəzərəçarpacaq dərəcədə olub. "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Digər sahələrdə xidmətlərin göstərilməsi”, "Tikinti”, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və "Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,2 faiz), "Digər sahələrdə xidmətlərin göstərilməsi” (20,6 faiz faiz), "Tikinti” (10 faiz), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (8,3 faiz), "Peşə, elmi və texniki fəaliyyət” (6,9 faiz) və "Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (27,5 faiz), İran (9,9 faiz), Böyük Britaniya (6,5 faiz), Rusiya (6,1 faiz), ABŞ (2,5 faiz) və Almaniya (1,5 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Bu müddətdə ləğv edilmiş statistik vahidlərin 18,4 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,9 faizi "Maliyyə və sığorta fəaliyyəti”, 14,2 faizi "Peşə, elmi və texniki fəaliyyət”, 13,6 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,3 faizi "Tikinti” və 6 faizi "Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Yeni yaradılmış statistik vahidlərin 35,9 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 23,1 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,8 faizi "Peşə, elmi və texniki fəaliyyət”, 6,5 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,2 faizi "Tikinti”, 4,7 faizi "Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Statistik vahidlərin 98,8 faizi xüsusi mülkiyyətli (o cümlədən 12,2 faizi tam xarici investisiyalı, 2 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Qeydiyyatda olan statistik vahidlərin 56,9 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 81,5 faizi Bakıda, 4,8 faizi Aran, 4,4 faizi Abşeron, 2,7 faizi Gəncə-Qazax, 1,9 faizi Quba-Xaçmaz və 1,5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (7,5 faiz), Abşeron iqtisadi rayonunda (3,3 faiz), Quba-Xaçmaz iqtisadi rayonunda (3 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (2,3 faiz), Yuxarı Qarabağ iqtisadi rayonunda (2,2 faiz), Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (2 faiz), Şəki-Zaqatala iqtisadi rayonunda (1,8 faiz) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 220, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 25, Abşeron iqtisadi rayonu üzrə 16, Aran iqtisadi rayonu üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 13, Lənkəran iqtisadi rayonu üzrə 12, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 6, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 4 statistik vahid ləğv edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video