16 Iyul 2019 12:58
1223
Elm və texnika
A- A+

Robotlar Ayın səthindən Yer kürəsini müşahidə edəcək teleskoplar quraşdıracaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Kolorado ştatında Yer kürəsini və bütün qalaktikanı müşahidə edəcək, astronavtlara orbitdə istiqamət verəcək teleskoplar quraşdıra bilən robotlar hazırlayacaq laboratoriya açıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu cür radio-teleskopların Ayın uzaq tərəfində yerləşdirilməsi nəzərdə tutulur. Onların növbəti onillikdə Ayın səthinə çatdırılması və qurulması prosesində NASA ilə yanaşı, özəl şirkətlər də iştirak edəcək. Kolorado Universitetinin Kosmik Tədqiqatlar Mərkəzinin direktoru Cek Börns bildirib ki, bu layihə Ayın səthindən kosmik fəzanın tədqiq edilməsi prosesində insan və robotların birgə fəaliyyətini ehtiva edir. Onun sözlərinə görə, növbəti onillikdə laboratoriyada çalışan qrup tərəfindən Ayın uzaq bölgəsinə göndəriləcək texnoloji aparatlar radio-teleskopların quraşdırılmasında insana yardım edəcək. "Gateway” adlanan Ayın orbital platformasında olan astronavtlar bu robotları idarə edə biləcək və onlardan digər planetlərə uçmaq üçün təlimatlar alacaqlar. Bu sistemin hazırlanmasında video-oyuna bənzəyən formatdan istifadə olunacaq. Belə ki, robotların əlləri "X-box” nəzarət qutusu vasitəsilə idarə ediləcək. Onları Ayın səthində daşıyacaq rover isə Kaliforniya ştatındakı Pasadena laboratoriyasında hazırlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video