15 Iyul 2019 22:42
1276
Mədəniyyət
A- A+

Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır


Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Gilgit-Baltistan əyalətinin Baş Naziri Hafiz ur Rəhmanla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əbülfəs Qarayev qonağı səmimiyyətlə salamlayaraq ölkəmizin zəngin mədəniyyəti haqqında söz açıb. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verilir.

Nazir bu günlərdə UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə uğurla keçirildiyini və Pakistan nümayəndə heyətinin də sessiyada fəal iştirak etdiyini diqqətə çatdırıb. Əbülfəs Qarayev sessiyada, həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələrin qorunması üçün mühüm qərarın qəbul edildiyini deyib.

İki ölkə arasındakı münasibətlərə toxunan nazir Azərbaycan və Pakistan xalqları arasındakı mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədikləri vurğulanıb.

Qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi, mədəni həyatı və turizm potensialı haqqında geniş məlumat verib. Hafiz ur Rəhman Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. O, Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib.

Görüşdə ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video