15 Iyul 2019 18:40
565
DÜNYA
A- A+

Hindistanda raketin Aya uçuşu təxirə salındı


Hindistanın Aya uçan raketin uçuşu son anda təxirə salınmışdır. Buna səbəb "texniki problemdir”. Bu barədə Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı məlumat verir.

Texniki təfərrüatlar və uçuşun yeni tarixi hələ ki açıqlanmır.

Raket "Chandrayaan-2” stansiyasını Andhra-Pradeş ştatının sahilində yerləşən kosmodromdan orbitə çıxarmalı, orbital stansiyanın göyərtəsindəki enmə modulu Ayın cənub qütbünə enməli idi.

Kosmik aparat Ay səthində su axtarışı ilə də məşğul olmalıdır. Ay missiyasının uğurlu olacağı təqdirdə Hindistan ABŞ, Rusiya və Çindən sonra Aya enmə həyata keçirmiş dördüncü ölkə olacaqdı.

Bütün komponentlər yerli müəssisələrdə hazırlanmış və təxminən 124 milyon avroya başa gəlmişdir. Bu, digər Ay proqramları ilə müqayisədə xeyli azdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video