15 Iyul 2019 13:37
1409
Elm və texnika
A- A+

Yaqub Mahmudova həsr edilən növbəti kitab çap olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan növbəti əsər - "Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı nəşr olunub.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəşrə ön sözü AMEA-nın Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yazıb.

Kitaba Milli Məclisin deputatları, görkəmli alimlər, tanınmış jurnalistlər və başqalarının Yaqub Mahmudov haqqında məqalələri, xatirələri daxil edilib. O, yazılarda Azərbaycan tarix elminin patriarxı adlandırılıb.

Əsərdə qeyd olunub ki, görkəmli tarixçi alim 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent və 1981-2004-cü illərdə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. Onun yetirmələri arasında tarixçi alimlər, yüksəkvəzifəli məmurlar, diplomatlar və başqaları var. Onlar qədimdən müasir dövrədək Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş dissertasiyalar yazıblar. Görkəmli alimin yetirmələrinin coğrafiyası Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, İran, Özbəkistan və digər ölkələri də əhatə edir. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. 2012-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədi gətirilib. 2007-ci ildə 40 illik fasilədən sonra "Tarix İnstitutunun elmi əsərləri” jurnalının nəşri bərpa edilib, 2019-cu ildə isə institutun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Kitabda, həmçinin qeyd edilib ki, akademik bir sıra mükafatlara, o cümlədən "Şöhrət”, "Şərəf” və 1-ci dərəcəli "Əmək” ordenlərinə layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudova həsr olunan 4 kitab - "Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, "Yaqub Mahmudovun tarixçilər məktəbi”, tarixçi alim Nazim Məmmədovun "Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) "Azərbaycan naminə” kitabları çap olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video