14 Iyul 2019 00:31
1234
Elm və texnika
A- A+

Planşetə çevrilən “ağıllı” saat


"IBM” şirkəti "ağıllı” qol saatı, smartfon və planşet kompüter kimi tətbiq olunan maraqlı mobil qurğu üçün patent hüququ əldə edib. İxtira üçün müraciət 2016-cı ildə edilsə də, sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında bu yaxınlarda dərc edilib.

Məlumata görə, adi vəziyyətdə qurğu "ağıllı” qol saatı kimi işləyir. Lakin bu halda korpus böyük qalınlığa malik olur. Məsələ ondadır ki, orada hər biri iki əlavə displey bölməsi ilə təchiz edilən dörd bölmə yerləşir.

Hər miniekranın ölçüsü 2x3 düym təşkil edir. Dörd belə modulu irəli çəkməklə istifadəçi 4x6 düym diaqonallı ekrana malik smartfondan istifadə edə biləcək. Belə vəziyyətdə interfeys saat rejimindən telefon rejiminə keçəcək.

Daha dörd bölməni irəli çəkən qurğu sahibi onu 8x6 düym diaqonallı planşetə çevirəcək. Bu halda qurğunu masa üzərinə qoymaqla onunla iki əllə işləmək mümkün olacaq.

Hazırda kağız üzərində mövcud olan texnologiyanın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video