13 Iyul 2019 12:50
537
İQTİSADİYYAT
A- A+

BP ilə bərpaolunan enerji üzrə əməkdaşlığa dair müzakirələr aparılıb


Energetika naziri Pərviz Şahbazov BP-nin Qlobal Apstrim Regionlar üzrə əsas əməliyyatçısı Uilliam Lin, eləcə də şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlik ilə BP arasında bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər müzakirə edilib.

P.Şahbazov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamında bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin ayrıca bir istiqamət kimi vurğulanır. Bu Sərəncamla müəyyən edilmiş hədəflərə nail olunması və bərpaolunan enerji sahəsinin inkişafında BP ilə əməkdaşlıq mühüm rol oynayacaq.

U.Lin də Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıqdan və bərpaolunan enerji mənbələrindən istifadə üzrə də BP ilə əməkdaşlığa dəyər verilməsindən məmnunluğunu ifadə edib.

Görüşdə BP-nin ölkəmizdə həm günəş, həm də külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Bildirilib ki, gələcəkdə BP-nin iştirakı ilə həyata keçiriləcək layihələr Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payının artmasına, eləcə də dayanıqlı inkişafa töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video