13 Iyul 2019 01:38
1206
Təhsil
A- A+

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri


İyulun 12-də M.F.Axundzadə adına Milli Kitabxanada "Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov "Azərbaycan məktəbi” jurnalının ilk elmi-pedaqoji nəşr kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna rolundan danışıb. Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə "Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, "Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. O, həmçinin "Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, onun fəaliyyətinin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb, onun cəmiyyətə, maarifə verdiyi töhfələrdən bəhs edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov "Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm rolundan danışıb, kollektivə uğurlar arzulayıb.

Tədbirdə "Azərbaycan məktəbi jurnalı-95” adlı sənədli film nümayiş olunub.

Sonda jurnalın əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video