12 Iyul 2019 17:59
1066
Təhsil
A- A+

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!” layihəsi

"UNEC-i tanı” layihəsi ixtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmağa davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqqı barədə ətraflı məlumat verilir. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir.

Qeyd edilib ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlər bir semestr ərzində hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edirlər.

Bundan əlavə, Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. UNEC tələbələri 4 il ərzində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye Universiteti və Paris şəhərində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu əldə edə biləcəklər.

UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.

Layihədə iştirak etmək istəyənlər 18-46 "Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi "Facebook” səhifəsinə yaza bilərlər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi "Facebook” səhifəsində cavablandırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video