Alternative content

02:07 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ATƏT-dən Azərbaycana növbəti dəstək
ATƏT-dən Azərbaycana növbəti dəstək
ANA SƏHİFƏ / SİYASƏT
00:46 12.07.2019


ATƏT Parlament Assambleyasının qətnaməsində işğal olunmuş ərazilərin sakinlərinin hüquqlarının bərpa olunması tələb edildi


ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası "Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə edilmişdir. Komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapmışdır.

Qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqlarının, Ermənistan-Azərbaycan sərhədyanı bölgələrdə yaşayan insanların isə təhlükəsiz yaşamaq hüquqlarının qorunmasının və bərpa edilməsinin vacibliyinin Yekun Deklarasiyada öz əksini tapması idi.

Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münaqişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrin gedəcəyi gözlənilirdi. Təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi. Dəyişikliyin əhəmiyyəti əsasən 5 istiqamətdə idi:

1) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azərbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır. Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi.

2) Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ ətrafından başqa Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub. Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi.

3) Dəyişiklikdə münaqişə zonası ilə yanaşı "ərazilərin işğal olunması” termininin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayırdı.

4) Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunması və bərpa edilməsi - onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi.

5) Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq digər ölkələrin ərazilərini işğal edən, oradakı şəhərləri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı.

Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyin əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi və beləliklə, Azərbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edildi və ATƏT PA-nın Yekun Deklarasiyasında öz əksini tapdı.


Tahir MİRKİŞİLİ,

ATƏT Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM