Alternative content

06:07 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cazibədar, əzəmətli Xan qızı
Cazibədar, əzəmətli Xan qızı
ANA SƏHİFƏ / Mədəniyyət
00:31 12.07.2019


...Siyasi gərginliklər artdığı bir dövrdə xan ailələri üzərində nəzarətin gücləndirilməsi, baş verən faciələr, bitib-tükənməyən qayğılar... Həyat onu dönə-dönə sınağa çəkdi. Taleyinə yazılanların, başına gələnlərin ən ağırı isə on altı yaşlı oğlu Mir Abbasın itkisi oldu. Mehdiqulu xanın yeganə övladı, Azərbaycanın gözəl Qarabağının igidlər yetirmiş Cavanşirlər nəslinin mərdanə qızı Xurşudbanu Natəvan bu dünyadakı dərdlərin ən ağrılısını yaşadı. Övlad dərdi dərmanı olmayan könül yarasına döndü. Qüssəsi, kədəri həzin-həzin misralarından boy verdi. Qələmlə, kağızla dərdləşdi:

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

- dedi. Bir də dərdini, kədərini çəkdiyi rəsmlərdə ifadə etdi...

Qarabağ xanlığında böyük nüfuza malik, nəsil-nəcabətinə, şəcərəsinə sadiq, mətanətli Xan qızının ömrünün son illəri belə keçdi. Dərdləri məhzun baxışlarında, qüssəli qəlbində yurd saldı. Amma o, bu faciələrin içərisində də öz mübarizliyini, mətinliyini qoruyub saxladı. El-obasını, xalqını düşündü, əlindən gələn köməyi ehtiyacı olanlardan əsirgəmədi.

Taleyi keşməkeşli, mənəvi yükü ağır olan Xan qızını tarix yaddaşında belə saxladı. XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələri arasında öz dəst-xətti ilə seçilən Xurşudbanu Natəvana yeni ömür - abidə ömrü vermək istəyən heykəltaraş da bütün bunları nəzərə almalıydı...


Bakı XX əsrin ortalarında...


1950-ci illər idi. Böyük Vətən müharibəsinin acı nəticələrini aradan qaldırmaq üçün SSRİ-nin tabeliyində olan bütün respublikalarda həyata keçirilən quruculuq işləri davam etdirilirdi. O zaman Azərbaycanın paytaxtında da nəzərəçarpan işlər görülürdü. Bakı şəhər İcraiyyə Komitəsinin sədri Əliş Lənbəranski heykəltəraşlığın inkişafına və şəhərdə abidələrin ucaldılmasına da xüsusi diqqət göstərirdi. Yeni-yeni memarlıq və heykəltəraşlıq nümunələri şəhərlərin hüsnünü bəzəyirdi.

Böyük coşğu ilə həyata keçirliən işlər istedadlı heykəltəraşlara həm öz bacarıqlarını nümayiş etdirməyə, həm də arzularını həyata keçirməyə meydan verirdi. Onlardan biri də Ömər Eldarov idi. O, Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil aldı. Bakıya qayıtdıqdan sonra böyük həvəslə çalışan gənc heykəltəraş çox keçmədi ki, həmkarlarının rəğbətini qazandı. Onu Azərbaycan Bədii-İstehsalat Kombinatı nəzdində fəaliyyət göstərən bədii şuraya üzv seçdilər.

Bir gün rəssam Heydər Cabbarlı öz əsərini şuraya təqdim etdi. O, yağlı boya ilə çəkdiyi portretdəki milli geyimli qadının Xurşudbanu Natəvan olduğunu dedi. Heydər Cabbarlı şairənin şəklinin geniş yayılmadığını nəzərə alaraq onun tək və övladları ilə çəkdirdiyi fotoları da gətirmişdi. Beləcə, şura üzvlərini çətinlikdən qurtardı. Onlar bu fotoları Heydər Cabbarlının çəkdiyi rəngkarlıq əsəri ilə müqayisə edərək nəticədən razı qaldılar.


Qızıl Fonda daxil edilən əsər


Bədii şuranın həmin toplantısı Ömər Eldarov üçün unudulmaz oldu. Fotolardakı qadın nüfuzedici baxışları, vüqarlı duruşu ilə gənc heykəltəraşı öz cazibəsinə saldı. Natəvanın heykəl-portretini yaratmaq fikrinə düşən Ömər Eldarov Nizami adına Ədəbiyyat Muzeyinin foto-arxivindən Heydər Cabbarlıda gördüyü fotoların sürətini aldı və işə başladı. Şairənin portretini gildən hazırladıqdan sonra onu mərmərdə yondu.

Həmin günlərin birində heykəltəraşların çalışdığı emalatxanaya Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimov gəldi. Məqsədi paytaxtda ucaldılacaq başqa bir abidənin hazırlığına baxmaq idi. Xurşudbanu Natəvanın mərmər üzərində təsvirini də gördü. Ömər Eldarovun əsərini çox bəyənən Mirzə İbrahimov o vaxtadək Bakıda Xan qızına heykəl qoyulmadığını söylədi. Belə bir abidə hazırlamaq üçün istedadına inandığı gənc heykəltəraşın razılığını aldı.

Ömər Eldarov abidə üzərində dörd il çalışdı. Görkəmindən məğrurluq, qürur yağan qəhrəmanının gözlərindəki lal kədər gənc heykəltəraşa güclü təsir göstərmişdi. Bu təəssüratlarla o, Xurşudbanu Natəvanın mənəvi çırpıntılarını, mübarizliyini, sevgi və kədərini böyük ustalıqla təsvir etdi. Müəllif çətin bir işin öhdəsindən gəldi. Şairənin heykəlində həm milli xüsusiyyətlər, həm də müsəlman qadınlarına xas cəhətlər əksini tapdı.

Yer seçimi də maraqlı və diqqətçəkici oldu. Şairənin abidəsi paytaxtın mərkəzi küçələrinin kəsişməsində qoyuldu. Ətrafında klassik memarlıq nümunələrinin olması əsərlə uyumluluq yaratdı. Nəhəng kinoteatrın fonunda da heykəl görünməz olmadı. Əksinə, öndən baxanda kinoteatr sanki heykəlin bir hissəsinə, onu tamamlayan elementə çevrildi.

Şairənin abidəsi o qədər də hündür olmayan binaların əhatəsində, "Azərbaycan” kinoteatrının fonunda bütün gözəlliyini, cazibədarlığını nümayiş etdirə bildi. Əsəri ərsəyə gətirənlər - heykəltəraş Ö.Eldarov, memarlar E.İsmayılov və F.Leonteva üzərlərinə götürdükləri vəzifəni diqqətlə, dəqiqliklə yerinə yetirdilər. Dar küçələrin ölçüsünə uyğun olaraq çox da uca qurulmayan heykələ hansı rakursdan baxılsa, görüm nöqtəsi zəifləmir. Millilik yalnız Xan qızının dəbdəbəli paltarında, kəlağayısında, əlindəki qələmdə əks olunmadı. Abidənin yerləşdirildiyi qranit kürsülük də milli ornamentlərlə bəzədildi.

1960-cı ildə abidənin açılış mərasimi keçirildi. Əsər yalnız müəllifinin - görkəmli heykəltəraş, akademik Ömər Eldarovun deyil, bütövlükdə Azərbaycan heykəltəraşlığının şah əsərlərindən biri oldu. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən abidə heykəltəraşlıq sənətimizin Qızıl Fonduna daxil edildi. O vaxtdan təsviri sənətin müxtəlif növlərində Xurşudbanu Natəvana həsr olunan neçə-neçə əsər yaradılsa da, bu abidə birinciliyini saxladı.


Paytaxtın əbədi sakinlərindən biri


Bu gün də Bakının izdihamlı yerlərindən birində qərar tutmuş "Xurşudbanu Natəvan” abidəsi Şərq qadınının ruhundakı nəcibliyi, incəliyi, hassaslığı nümayiş etdirir. Beləcə, şairə altmış ilə yaxındır ki, paytaxtın ən gözəgəlimli yerlərindən birində öz möhtəşəm kürsüsündə əyləşərək gəlib-gedənləri "seyr edir”. Sanki indicə canlanacaq və duyğularını kağıza köçürəcək. Bu misraları pıçıldayacaq:

Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?

Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?

Beləcə, fikir dəryasına qərq olmuş Xan qızı öz düşüncələriylə baş-başadır. Axıb keçən zamana qoşulmuş insanlar yanından ötüb keçirlər. O isə öz yerindədir. Hər zamankı kimi gözəl, cazibədar, əzəmətlidir...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM