Alternative content

05:31 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edib
DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:10 11.07.2019

İyulun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev Biləsuvarda şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Biləsuvar, Cəlilabad, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali təhsil müəssisələrinə qəbul imtahanları, imtahan nəticələri, qabiliyyət imtahanları, subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM