11 Iyul 2019 15:54
1114
Elm və texnika
A- A+

“Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” monoqrafiyası çapdan çıxıb


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən ikicildlik "Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” monoqrafiyası nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın hər iki cildi akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə işıq üzü görüb.

Monoqrafiyanın 2018-ci ildə çap olunmuş birinci cildi akademik İsa Həbibbəylinin "Ədəbiyyatın yüksək amalı və böyük borcu”, "Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” sərlövhəli yazıları ilə açılır.

Birinci kitabda filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın "Poeziyada Heydər Əliyev idealı”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın "Dahiyə layiq bədii-sənədli epopeya”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” və filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin "Heydər Əliyevin ədəbi-filoloji portreti” məqalələri yer alıb.

İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur.

2019-cu ildə çap olunan "Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub.

Monoqrafiyada akademik İsa Həbibbəyli "Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, "İlham Əliyev erası”, "Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb.

İkinci kitabda, həmçinin Elnarə Akimovanın "Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun "Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın "Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının "Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin "Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.

İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video