Alternative content

05:02 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Batumidə “Şərq tərəfdaşlığı” ölkələrinin birinci investisiya forumu işə başlayıb
Batumidə “Şərq tərəfdaşlığı” ölkələrinin birinci investisiya forumu işə başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:08 11.07.2019

Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin birinci investisiya forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda "Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadi inkişafı, bu ölkələrdəki investisiya mühiti və imkanları, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, azad iqtisadi zonaların yaradılması və sair məsələlər müzakirə olunur.

Forumda Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiq Turnava çıxış edərək ölkəsinin iqtisadi imkanları barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini R.Məmmədov isə ölkəmizin beynəlxalq iqtisadi əlaqələri və investisiya imkanları barədə məlumat verəcək.

Forum çərçivəsində "Şərq tərəfdaşlığı” ölkələrinin investisiya kataloqunun təqdimatı olacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM