Alternative content

03:17 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün “Neftçi” və “Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq
Bu gün “Neftçi” və “Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq
ANA SƏHİFƏ / İDMAN
11:15 11.07.2019

İyulun 11-də "Neftçi” və "Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, birinci təsnifat mərhələsinin ilk görüşündə "Neftçi” səfərdə Moldovanın "Sperantsa” klubu ilə qarşılaşacaq, "Səbail” isə "Bayıl Arena”da Rumıniya təmsilçisi "Universitatya”nı qəbul edəcək.

"Neftçi” Kişinyovdakı "Zimbru” stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə səbəbindən oynamayacaq. Flaqman bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantına - Rusiyanın "Arsenal” (Tula) komandasına rəqib olacaq.

Görüşü idarə etmək Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna) olacaq.

"Səbail” isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved” (Budapeşt, Macarıstan) – "Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra keçiriləcək.

"Səbail” - "Universitatya” oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammit olacaq. Ona Duncan Sultana və Theodore Zammit kömək edəcək. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.

Qeyd edək ki, "Səbail” - "Universitatya” oyunu saat 20:00-da, "Sperantsa”-"Neftçi” görüşü isə saat 21:00-da başlayacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM