Alternative content

05:03 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Keyfiyyətli toxum bol məhsula təminatdır
Keyfiyyətli toxum bol məhsula təminatdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:17 11.07.2019


Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında Qobustan rayonunun da özünəməxsus yeri var. Xüsusilə daxili bazarın ət məhsulları ilə təminatında. Əkin sahələrinin əsasən dəmyə olması da kənd sakinlərinin əzmkarlığına təsir edə bilmir. Zəhmətə bağlılıq, başlanan işi sona çatdırmaq sonda öz sözünü deyir. İndi rayon ərazisində əkilməmiş sahə demək olar ki, yoxdur. Sanki hər kəs bir-birinin bəhsinə durub.

Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsənağa Hüseynov deyir ki, cari ilin məhsulu üçün keçən ilin payızında 31 min 641 hektar sahədə taxıl əkilib. Bunun 22 min 258 hektarı buğda, 9 min 382 hektarı arpadır. Bundan əlavə, 330 hektar noxud, 107 hektarda kartof, 8 hektardan çox yonca, 40 hektarda tərəvəz yetişdirilir.

Artıq rayonun aran yerlərində taxıl biçini başa çatıb. Orta məhsuldarlıq hektarda 24 sentner olub. Rayonun şimal hissəsində yerləşən dağlıq ərazilərdə isə məhsuldarlığın aran yerlərlə müqayisədə 2-3 sentner çox olacağı gözlənilir.

Biçinlə bağlı texniki məsələlər yüksək səviyyədə təmin olunub. Taxıl sahələrinə 60-a yaxın kombayn çıxarılır. Onun 11-i "Aqrolizinq” ASC-nin Qobustan filialına məxsusdur. Qalanı fiziki şəxslərin lizinq yolu ilə güzəştli qiymətlərlə aldıqları kombaynlardır.

Məhsuldarlığın yüksək olması üçün vacib amillərdən biri gübrələrdən düzgün istifadədir. Bu məqsədlə fermerlərə 3500 ton ammofos və azot gübrələri, alaq otlarına qarşı mübarizə üçün herbisidlər verilib.

Sahələrdən bol və keyfiyyətli məhsulun götürülməsi təkcə qulluqdan asılı deyil. Səpilən toxumun yerli şəraitə uyğun olması da əsas şərtlərdən biridir. Ona görə də Qobustanda toxumçuluğa ciddi diqqət yetirilir. Toxumçuluqla məşğul olan fermerlərin əraziləri əsasən dağlıq sahələrdə yerləşir. Rayon üzrə bir Bölgə Təcrübə Stansiyası və 15 fiziki şəxs toxumçuluqla məşğuldur. Dərəkənd kəndindəki toxumçuluq təsərrüfatında hektardan 30-35 sentner məhsul götürülür. Bu da dəmyə şəraitində yetişdirilən taxıl üçün yaxşı göstəricidir. Bu il toxumçuların sahələrinə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçirilib. Görülən işlər müsbət qiymətləndirilib.

Rayonda əsasən mərkəzləşdirilmiş və yerli şəraitə uyğunlaşdırılan "Qobustan” sortuna üstünlük verilir. Həmin sort əkilən yerlərdə məhsuldarıq daha yüksəkdir. "Aran”, "Qızıl buğda” sortu da əlverişli hesab olunur.

Həmsöhbətim Həsənağa Hüseynov onu da qeyd etdi ki, bəzi fermerlər əsasən tədarük etdikləri məhsulun toxumlarını əkirlər. Bu da lazımi nəticə vermir. Biçin vaxtı, taxılın qurudulması zamanı və qablaşdırmada müəyyən çətinliklər yaşanır. Aqrar sahədə çalışan belə insanların maarifləndirilməsinə ehtiyac var.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM