Alternative content

03:02 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtda ictimai nəqliyyat üçün ayrıca zolaqlar yaradılır
Sumqayıtda ictimai nəqliyyat üçün ayrıca zolaqlar yaradılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:17 11.07.2019


Son illər Sumqayıtda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərin küçə və prospektlərində asfalt örtüyü yenilənir, yolların əhatə dairəsində olan kommunikasiya xətləri dəyişdirilir, ətrafları yaşıllaşdırılır, dayanacaqlar təzələnir.

Sumqayıtda daha bir yeniliyə imza atılıb, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır. İlk olaraq Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salınacaq. Məqsəd sərnişin və avtobusların hərəkətinin rahatlığını təmin etməkdir. Onu da qeyd edək ki, avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.

Ümumiyyətlə, Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 19 marşrut xəttinə müasir tələblərə cavab verən 206 avtobus verilib. Yaxın gələcəkdə dayanacaqlarda məlumat bildirən elektron aparatların da quraşdırılması nəzərdə tutulur.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM