Alternative content

02:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın 5 universitetini qazanmış Bakı Ali Neft Məktəbinin məzunu İlqar Bağışov: “Ən böyük arzum professor olmaqdır”
ABŞ-ın 5 universitetini qazanmış Bakı Ali Neft Məktəbinin məzunu İlqar Bağışov: “Ən böyük arzum professor olmaqdır”
ANA SƏHİFƏ / Təhsil
01:14 11.07.2019


Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini - Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq.

İlqarın qəbul olduğu digər ABŞ universitetləri bunlardır:

* Tulsa Universiteti (tam təqaüd)

* Vayominq Universiteti (tam təqaüd)

* Kolorado Qazma Məktəbi

* Pensilvaniya Dövlət Universiteti

Həmin gənclə müsahibəni sizə təqdim edirik.

- BANM-dəki beş illik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?

- Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və ali məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaq üçün inkişaf edirdik.

- Niyə BANM tələbələri məzun olmamış iş təklifi alır?

- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə, rəhbərliyin işə ciddi yanaşması nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn: BP-nin təcrübə proqramında iştirak edib yaxşı performans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.

- Fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa sizi nə vadar etdi?

- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul edildim, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

- Necə oldu ki, Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?

- Bakıda EiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işlədim, həmin layihə "Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini Amerikalı alim Ryosuke Okunoya yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilimi Amerikada davam etdirməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.

- Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurları nəyə borclusunuz?

- Əslində, dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burada xeyli yaxşı tələbələr var. Sadəcə yaşıdlarımdan fərqli olaraq ingilisdilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.

- Gələcək üçün hədəf və planlarınız nədir?

- Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, ali məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM