Alternative content

00:31 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da üç müsəlmanın qatilinə ömürlük həbs cəzası verildi
ABŞ-da üç müsəlmanın qatilinə ömürlük həbs cəzası verildi
ANA SƏHİFƏ / DÜNYA
17:41 14.06.2019


2015-ci ildə ABŞ-ın Şimali Karolina ştatında üç müsəlmanı qətlə yetirmiş amerikalı Kreyq Hiks ömürlük həbs cəzasına məhkum edilmişdir. Dörd il davam edən məhkəmənin son iclası iyunun 12-də keçirilmişdir. Şimali Karolina hökuməti ilk dəfə açıq etiraf etmişdir ki, Hiksin cinayətinin motivi islamofobiya olmuşdur.

Bu faktı Çapel-Hill qəsəbəsinin polis rəisi Kris Blü və prokuror Satana Deberri də təsdiqləmişlər. "İslama nifrət Hiksi üç müsəlmanı öldürməyə sövq etmişdir” deyə prokuror bildirmişdir.

Xatırladaq ki, 2015-ci il fevralın 10-da Kreyq Hiks üç tələbəni baş nahiyəsindən atəş açmaqla öldürmüşdür. Onlar stomatologiya fakültəsinin 23 yaşlı tələbəsi Dia Şeddi Bərəkət, onun 21 yaşlı əri Yusif Məhəmməd və 19 yaşlı bacısı Razan Məhəmməd Əbu Səlhadır.

Qətlə yetirilmiş qızların atası, doktor Məhəmməd Əbu Səlha hökmdən narazı qalaraq demişdir: "Əgər müsəlman kiminsə qapısını döyüb xristian ailənin üzvlərini öldürsə, bunun adını terrorizm qoyardılar. Lakin müsəlmanlar öldürüləndə hər şey bağışlanır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM