Alternative content

02:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp: “ABŞ və İran saziş bağlamağa hazır deyil”
Tramp: “ABŞ və İran saziş bağlamağa hazır deyil”
ANA SƏHİFƏ / DÜNYA
17:40 14.06.2019


Vaşinqton və Tehran yeni saziş bağlamağa hələ ki hazır deyillər. Bu barədə Yaponiyanın Baş naziri Sindzo Abenin İrana səfərini şərh edərkən ABŞ Prezidenti Donald Tramp bildirmişdir.

Ağ evin başçısı Twitterdəki səhifəsində yazmışdır: "Mən Abenin ayətulla Əli Xamenei ilə görüş keçirmək üçün İrana getməsini çox yüksək qiymətləndirirəm. Lakin şəxsən hesab edirəm ki, saziş bağlamaq barədə hətta fikirləşmək hələ çox tezdir. Nə onlar, nə də biz buna hazırıq!”

İyunun 12-də Yaponiyanın Baş naziri Sindzo Abe ikigünlük rəsmi səfərlə İranda olmuşdur. Hökumət başçısı bildirmişdir ki, onun səfərinin məqsədi Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasına kömək etməkdir.

Bu arada ABŞ-ın dövlət katibi Mayk Pompeo Oman körfəzində iki tankerə hücuma görə məsuliyyəti Tehranın üzərinə qoymuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM