14 Iyun 2019 17:24
707
CƏMİYYƏT
A- A+

Zaqatalada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Xalqın xilaskarı” adlı elmi-praktik konfrans keçirilmişdir. Başlanğıcda Azəbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, daha sonra ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.
Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. O, dünya şöhrətli siyasi xadimin vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmışdır. Həmçinin ulu öndərin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. Natiq ümummilli liderin siyasi xəttinin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını irəli sürərək həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi sayəsində xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video