13 Iyun 2019 17:15
893
DÜNYA
A- A+

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


Kremlin Ukraynanın şərqində vəziyyətə davamlı müdaxiləsi üzündən Rusiya Avropa İtifaqının (Aİ) yeni sanksiyalarına məruz qala bilər. Bu barədə Aİ-nin Brüsseldə keçiriləcək növbəti sammitinin iştirakçılarının yekun bəyanatının layihəsinə istinadən DPA agentliyi xəbər verir.

Sənədin mətnində belə cəza tədbirlərindən biri kimi Donetsk və Luqansk "xalq respublikaları”nın sakinlərinə qanunsuz olaraq verilmiş Rusiya pasportlarının tanınmaması göstərilir. Rusiya Prezidenti Vladimir Putinin cari ilin aprelində imzaladığı müvafiq fərman Ukraynanın şərqində münaqişənin tənzimlənməsi barədə 2015-ci il tarixli "Minsk razılaşmalarının ruhuna və məqsədinə ziddir”.

Moskva ilə Kiyev arasında gərginlik ötən ilin noyabrında Ukraynanın Kerç boğazını keçməyə cəhd edən üç gəmisi saxlanıldıqdan sonra artmışdır. Həmin gəmilərdə olan ukraynalı dənizçilər indiyədək Rusiya həbsxanasındadırlar. Aİ artıq bir neçə ildir Moskvadan onları azadlığa buraxmağı tələb edir. Bu tələb Brüssel görüşünün iştirakçılarının yekun bəyanatı layihəsinin mətnində də yer almışdır.

Gözlənildiyinə görə, iyunun 20-21-də Brüsseldə keçiriləcək Aİ sammitində Aİ-nin 2019-2024-cü illər üçün strateji gündəliyi razılaşdırılacaq və müddəti gələn ayın 31-də bitəcək Rusiyaya qarşı sanksiyaların növbəti dəfə uzadılması məsələsi həllini tapacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video