12 Iyun 2019 22:37
816
İQTİSADİYYAT
A- A+

“Huawei” şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır


Çinin "Huawei” şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıqda maraqlıdır.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Huawei” şirkətinin Qlobal Hökumət işləri üzrə vitse-prezidenti Steven Şenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir.

Azərbaycan gömrüyünün qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacağını bildirən komitə sədri bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb.

S.Mehdiyev Dövlət Gömrük Komitəsinin 2 il ərzində ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyini, bu missiyanı yerinə yetirərkən prioritet istiqamətlərdən birinin də blokçeyn texnologiyalarının gömrük sistemində tətbiqi olacağını qeyd edib. O, "Huawei” şirkəti ilə bu görüşün IT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.

"Huawei” şirkətinin təmsilçisi S.Şenq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb.

Blokçeyn texnologiyalarının, eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən S.Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin IT texnologiyaları sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiyini də qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video