12 Iyun 2019 22:34
773
SİYASƏT
A- A+

Cəbhə xəttində törədilən qanlı təxribatlar danışıqlar prosesinə ciddi xələl gətir


Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışın danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini söyləyib.

Öz növbəsində, George Tsereteli Azərbaycana səfər etməsindən məmnuniyyət hissi keçirdiyini bildirərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-ya rəhbərlik etdiyi dövrdə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu söyləyib.

Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video