11 Iyun 2019 17:01
1143
Elm və texnika
A- A+

“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Amerika yazıçısı Ernest Heminqueyə həsr olunmuş "Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Ernest Heminqueyin yaradıcılığından bəhs edib. Akademik bildirib ki, Hemenquey XX əsr dünya nəsrinin görkəmli yaradıcılarından biridir. Onun "Qoca və dəniz” əsəri II Dünya müharibəsindən sonra bəşəriyyəti sülhə çağıran ən yaxşı əsərlərdən biridir. O, Hemenqueyin Azərbaycanda da çox sevildiyini, əsərlərinin tərcümə olunaraq dəfələrlə çap olunduğunu diqqətə çatdırıb.

Daha sonra ABŞ-ın ölkəmizdəki səfirliyinin Mətbuat şöbəsinin müdiri Natan Cons çıxış edərək Amerika yazıçısının həyatı yaradıcılığından danışıb və Ədəbiyyat İnstitutuna təşkilatçılığa görə minnətdarlığını bildirib.

Sessiayada Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəylinin "Ernest Heminqueyin əsərləri Avropa dillərində”, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyevanın "Ernest Heminqueyin əsərlərinin strukturu və Amerikan taleyi”, filologiya üzrə elmlər doktoru, dosent Səkinəxanım Vəliyevanın "Azərbaycan filoloji və ədəbi mühitində Ernest Heminquey yaradıcılığı”, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Ernest Heminquey Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovanın "Ernest Heminquey Mərkəzinin fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Tədbirdə nasir, publisist, Hemenqueyin əsərlərinin dilimizə tərcümə edən Nəriman Əbdülrəhmanlı yazıçı ilə bağlı fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video