10 Iyun 2019 17:53
1029
Mədəniyyət
A- A+

“Solğun çiçəklər” solmasın

50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrı bayram əhval-ruhiyyəsi ilə öz repertuarını zənginləşdirir. Azərbaycan dramaturgiyasının incilərini yeni mövsümdə səhnə həyatına gətirən sumqayıtlılar tamaşalara zövqlə yanaşırlar. Belə ki, yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ərəfəsində ədibin yaradıcılığından "Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası ilə öz sənətkarlıq borclarının yerinə yetirirlər.

Artıq tamaşanın ilk məşqlərinə başlanılıb. Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı real boyalarla təsvir edərək ədalətsizliyin, var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə alıb. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda əməkdar artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və digərləridir. Qeyd edək ki, tamaşanın premyerası iyul ayının əvvəllərinə nəzərdə tutulub.

Teatrın direktoru M.Həmidov bildirib ki, mədəniyyətimizin, ədəbiyyatımızın xüsusilə teatrlarımızın inkişafı və təbliği dövlətimizin milli dəyərlərə qayğısının bariz nümunəsidir. Teatrın kollektivi bu istiqamətdə öz işini qurur və oynanılan tamaşalar teatrsevərlərə bir hədiyyədir.

Akif ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video