10 Iyun 2019 15:14
671
SİYASƏT
A- A+

Pyer-Alən Rafan: Azərbaycanda qadınlara səsvermə hüququnun 100 il əvvəl verilməsi çox önəmli hadisədir


Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib. Bu, çox önəmli hadisədir. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycandan 25 il sonra bu hüququ qadınlara verib.

Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş "Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın təşkilatçısı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafan AZƏRTAC-a müsahibəsində söyləyib.

Pyer-Alən Rafan deyib: "Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvləri olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini qeyd etmək qərarına gəldik və belə bir konfrans təşkil etdik. Konfrans çox uğurlu keçdi. Azərbaycanda qadın hüquqlarından, əldə edilmiş nailiyyətlərdən söz açıldı. Bu konfrans gələcəkdə daha da yaxınlaşmağa, əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır”.

Dostluq qrupunun sədri Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video