10 Iyun 2019 13:40
1021
Təhsil
A- A+

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub


Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçirilib.
Park İnn Baku otelində təşkil olunan yarmarkada gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov və şirkət rəhbərləri iştirak ediblər.
Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün 300-dən çox vakant iş yeri və təcrübə proqramı təklif ediblər. Yarmarkada daha çox iqtisadiyyat, maliyyə, bank, o cümlədən qida, inşaat sektorundan da nümayəndələr təmsil olunublar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əmək yarmarkalarının əsas ideyası ondan ibarətdir ki, tələbələr və məzunlar özlərinə iş tapa bilsinlər. Yarmarkaların təşkilinin məşğulluğa müsbət təsir edən uğurlu layihə adlandıran İ.Babayev şirkətlərin və vakansiyaların sayının ildən-ilə artdığını qeyd edib. Əmək yarmarkaları vasitəsilə minlərlə gənclərin daimi iş yeri və mövsümi işlərlə təmin olunduğunu diqqətə çatdırıb.
UNEC-in rektoru, professor Ədalət Muradov əmək yarmarkasının gənclərin öz ixtisaslarına uyğun olaraq iş tapmasında mühüm rol oynadığını bildirib: "Bizim tələbələrimiz öz istəklərinə və bacarıqlarına uyğun seçim etmək hüququ qazandılar. Bizim gözlədiyimiz məqsədlərdən biri də odur ki, vakansiya ilə gəlmiş şirkətlərin tələblərini, onların irəli sürdükləri peşə vərdiş və bacarıqlarına dair istəklərini öyrənərək, tədris proqramına daxil edək. Əminəm ki, burda iştirak edən tələbələrin böyük qismi işlə təmin olunacaq və yaxud təcrübə qazanacaqlar".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video