10 Iyun 2019 12:48
1043
Təhsil
A- A+

Beşinci ADA-Avropa İttifaqı Yay Məktəbi açılır


ADA Universitetinin Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzi Alman Akademik Mübadilə Xidməti (DAAD) və İtaliyanın Bolonya Universiteti ilə birgə ikihəftəlik 5-ci ADA-Avropa İttifaqı Yay Məktəbinə start verir.

AZƏRTAC xəbər verir ki, builki məktəb "Aİ və Şərq Tərəfdaşlığı: Aİ-nin gələcəyi kontekstində Şərq Tərəfdaşlığı siyasəti” mövzusunu əhatə edəcək.

Yay məktəbi gənc peşəkarları, tədqiqatçıları və məzunları bir araya gətirərək onların qeyd edilən mövzu ilə bağlı biliklərini təkmilləşdirəcək və son 10 il ərzində Şərq Tərəfdaşlığı proqramının inkişafını və nailiyyətlərini diqqətdə saxlayacaq.

İki həftə ərzində iştirakçılar Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramının əhatə etdiyi ölkələr arasında münasibətlərin dinamikası və bu sahədə olan çətinliklər haqqında məlumatlandırılacaq. Beşinci ADA-Aİ Yay Məktəbinə bu il Azərbaycanla yanaşı, Almaniya, Əfqanıstan, Böyük Britaniya və İtaliyadan da iştirakçılar qatılıb.

Xatırladaq ki, yay məktəbi ADA Universitetində 2013-cü ildən fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video