09 Iyun 2019 18:05
517
CƏMİYYƏT
A- A+

Fransada ölkəmizin gender bərabərliyi sahəsindəki nailiyyətlərindən danışılıb


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə Fransa Səhiyyə və Həmrəylik Nazirliyinin qadın hüquqları və gender bərabərliyi xidmətinin rəhbəri Elen Furnon-Petresku və bu ölkənin keçmiş gender bərabərliyi naziri Nikol Amelin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Görüşlərdə Azərbaycanda qadın hüquqlarının müdafiəsi, qadınlar üçün yaradılmış şərait, eləcə də gender bərabərliyi sahəsində əldə edilmiş nailiyyətlər fransalı mütəxəssislər tərəfindən alqışlanıb, bu sahədə ölkələrimiz arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Hökumətimizin qadın məsələləri üzrə hesabatlarının təqdirəlayiq olduğu bildirilib, Azərbaycanın qadın siyasəti digər ölkələrə nümunə kimi dəyərləndirilib. Qadın məsələləri ilə məşğul olan Assosiasiyaların fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Fransa Səhiyyə və Həmrəylik Nazirliyinin qadın hüquqları və gender bərabərliyi xidmətinin rəhbəri Elen Furnon-Petresku, eləcə də Nikol Amelin qadın məsələləri sahəsində ikitərəfli əməkdaşlığın, görüşlərin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video