06 Iyun 2019 20:44
553
CƏMİYYƏT
A- A+

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Fransanın müvafiq qurumlarının rəhbərləri ilə görüşüb


Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə Fransanın müvafiq qurumlarının rəhbərləri ilə görüşüb. Görüş bu ölkənin aidiyyəti qurumları ilə imzalanmış memorandum çərçivəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova Fransa Milli Assambleyasının qadın hüquqları komitəsinin sədri Mari-Pyer Riksen (Marie-Pierre Rixain), Milli Assambleyanın vitse-prezidenti Karol Büro-Bonar (Carole Bureau-Bonnard), Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Raffan və Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari (Favvzia Zouari) ilə görüşüb.

Görüşlərdə qadın məsələləri üzrə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransanın Həmrəylik və Sosial Birlik Nazirliyinin nəzdində olan Sosial Birlik üzrə Baş Direktorluğu və Əmək, Məşğulluq və Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə xidməti - GIP International ilə birgə həyata keçirilmiş Tvininq layihəsi xatırlanıb. Bu layihə çərçivəsində ölkəmizin müvafiq qanunvericiliyində gender ekspertizasının keçirilməsindən və onun ekspertlər tərəfindən yüksək qiymətləndirilməsindən söz açılıb.

Bu sahədə ölkəmizdə əldə olunan nailiyyətlər, qadınların ölkəmizin siyasi, iqtisadi, sosial sahələrində fəal olması, qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər, habelə qadın sahibkarlara dövlət dəstəyi göstərildiyi diqqətə çatdırılıb. Ölkəmizdə həyatın bütün sahələrində qadınların təmsil olunduğu və onların sayının getdikcə artdığı vurğulanıb. ABAD və AMAL sosial layihələrindən danışılıb.

Fransa nümayəndələri ölkələrində qadınlara qarşı zorakılığın artmasından narahatlıqlarını ifadə edərək, bu sahədə ölkəmizin təcrübəsi ilə maraqlanıblar. Bir çox sahələrdə qadınlarla bağlı, onların maarifləndirilməsi, stereotiplərin aradan qaldırılması istiqamətində ölkəmizdə görülən tədbirlər Fransanın aidiyyəti qurumlarının üzvlərini çox maraqlandırıb və onlar bu sahələrdə birgə layihələr həyata keçirilməsi ilə bağlı istəklərini səsləndiriblər.

Gender sahəsində ölkəmizdə qəbul edilmiş qanun layihələrindən, digər dövlət qurumlarının təmsil olunduğu monitorinq qrupundan, qadınlara qarşı zorakılıqla bağlı məlumat bankından danışılıb. Zorakılığa qarşı həyata keçirilən preventiv tədbirlər fransız məmurlar tərəfindən təqdir olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video