06 Iyun 2019 20:40
596
SİYASƏT
A- A+

Sankt-Peterburqda “Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib


Sessiya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunub


İyunun 6-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində "Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçən sessiyada AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Associated Press-in prezidenti Qari Pruitt, Press Association Group-un baş direktoru Klayv Marşal, France Press-in baş direktoru Fabris Fris, Albaniya Teleqraf Agentliyinin baş direktoru Armela Krasniqi və digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə medianın siyasi məsələlərə, müxtəlif ölkələrdə baş verən münaqişələrə təsirindən, habelə müasir dünyada böyük problemə çevrilmiş feyk xəbərlərin yayılmasının qarşısının alınması yollarından danışılıb. Qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələri siyasi proseslər barədə qeyri-obyektiv, yoxlanılmamış xəbərlər yayırlar ki, bu da cəmiyyəti çaşdırır, hətta mübahisələrin münaqişələrə çevrilməsinə yol açır. Kütləvi informasiya vasitələri belə hallardan uzaqlaşmalı, cəmiyyət qarşısında vəzifə borclarını yaddan çıxarmamalıdırlar.

Çıxış edənlər xəbər agentliklərinin fəaliyyətlərinin şaxələndirilməsinin, cəmiyyəti aldadan feyk xəbərlər yayan KİV-lərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, 75 ölkədən 15 mindən çox nümayəndənin iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada iqtisadiyyat və biznes sahələrində keçirilən ən böyük tədbirlərdən biridir. 1997-ci ildən keçirilən Forumun əsas məqsədi işgüzar dairələrin nümayəndələri arasında ünsiyyət yaratmaq, Rusiyanın qarşısında duran iqtisadi məsələlərin həlli yollarını müzakirə etmək və xarici bazarlara çıxış imkanları axtarmaqdan ibarətdir.

"Ekspoforum” konqres-sərgi mərkəzində reallaşan Forum çərçivəsində Rusiyanın müxtəlif şirkətlərinin geniş sərgisi də təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video