Alternative content

00:41 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
01:27 15.06.2019 Göz cərrahı
01:20 15.06.2019 5 ayda 15 faiz artım
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib
Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib
ANA SƏHİFƏ / SİYASƏT
13:50 06.06.2019

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Mərkəzin fəaliyyəti və xidmətin təşkili barədə brifinq keçirilib. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.

Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM