Alternative content

00:53 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
01:27 15.06.2019 Göz cərrahı
01:20 15.06.2019 5 ayda 15 faiz artım
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Konqresinin üzvü Azərbaycanın milli bayramı ilə bağlı bəyanatla çıxış edib
ABŞ Konqresinin üzvü Azərbaycanın milli bayramı ilə bağlı bəyanatla çıxış edib
ANA SƏHİFƏ / SİYASƏT
10:28 06.06.2019

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı-Respublika Gününün 101-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğunu və onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqut etməsinə rəğmən qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olduğunu bildirib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini bildirən Konqres üzvü bəyanatında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığını, İsrailin neft istehlakının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini deyib. O, Azərbaycan ilə İsrail arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illərdir yəhudi, xristian icmalarının da məskəni olduğunu bildirən Konqres üzvü ölkədəki dini dözümlülüyün Avropa Parlamenti tərəfindən də təqdir edildiyini vurğulanıb.

Daha sonra bəyanatda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Prqoramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycan əsgərlərinin İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlarda ABŞ qoşunları ilə çiyin-çiyinə xidmət etdiyi vurğulanıb. Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına verdiyi töhfə xüsusilə qeyd olunub.

Sonda Konqres üzvü Azərbaycan üzrə İşçi qurpun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətindəki səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığın davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM