19 May 2019 01:40
1012
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarını "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 562 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.22-ci bənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin;

1.2. 8.31-ci bənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin və həmin bənddən "və şagird” sözləri çıxarılsın;

1.3. 8.37-ci bənd üzrə:

1.3.1. birinci halda "Nazirliyin tabeliyindəki” sözləri çıxarılsın;

1.3.2. "və yerli icra” sözlərindən əvvəl ", Nazirliyin tabeliyində olmayan təhsil müəssisələri” sözləri əlavə edilsin;

1.3.3. hər iki halda "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin.

2. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3-cü bənddə hər iki halda "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin;

2.2. 2.8-ci bənddə hər iki halda və 2.10-cu bənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 565 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.12.2-ci yarımbənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin;

3.2. 4.6.14-cü yarımbəndə "şagirdlərin” sözündən sonra "və tələbələrin” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 564 nömrəli Fərmanı) ilə təsdiq edilmiş 4 nömrəli Əlavə - "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 4.3-cü bəndində "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin və həmin bənddən "(peşə məktəbləri və peşə liseyləri)” sözləri çıxarılsın.

5. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674) aşağıdakı dəyişikliklər edilsin:

5.1. preambulada "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” üzrə:

5.2.1. 1.1-ci bənddə hər iki halda, 2.1.1-2.1.4-cü, 2.1.6-cı, 3.1.1-3.1.5-ci, 3.1.7-ci, 3.1.8-ci, 3.1.10-cu, 3.1.12-ci, 3.1.14-cü, 3.1.15-ci yarımbəndlərdə, 3.1.16-cı yarımbənddə hər iki halda, 3.1.18-ci, 3.1.20-ci, 3.1.21-ci, 3.1.24-3.1.26-cı, 3.1.29-cu, 4.1.1-ci, 4.1.3-4.1.6-cı yarımbəndlərdə, 5.1-ci bənddə və 5.4.3-cü yarımbənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin;

5.2.2. 3.1.9-cu yarımbənddə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə, "şagirdlərin” sözü "tələbələrin” sözü ilə əvəz edilsin.

6. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 625 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində "Tədbirlər planı”nın 3.1.3-cü yarımbəndində "Tədbirin adı” sütununda "İlk peşə” sözləri "Peşə” sözü ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində "Tədbirlər planı”nın 4.3.2-ci yarımbəndində "Tədbirin adı” sütununda "İlk peşə” sözləri "Peşə” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video