19 May 2019 01:03
2678
Səhiyyə
A- A+

Bütün xəstəliklərin çarəsi - ağcaqayın şirəsi


Ağcaqayın ağacının şirəsi əsl təbii möcüzədir. Ağacın gövdəsinin daxilində axan bu şirə bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Hələ qədim Slavyan xalqları bu ağacın şirəsini ölümdən başqa bütün xəstəliklərin çarəsi kimi hesab edirdilər.

Şirənin tərkibində B6, B2 vitaminləri və minerallar, orqanik turşular, büzücü maddələr, fermentlər, fitonsidlər var. Belə zəngin kimyəvi tərkibə görə şirə orqanizmə kompleks şəklində müalicəvi və profilaktik təsir edir. Ağır xəstəlik və ya əməliyyat keçirmiş insana bu şirə xüsusilə faydalıdır - orqanizmin bərpasını sürətləndirir, tonusunu artırır, güc verir.

Tərkibindəki fitonsidlərə görə şirə orqanizmə iltihab əleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Ağcaqayın ağacının şirəsi maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir. Qida dəyəri çox yüksək olan bu şirənin enerji dəyəri olduqca azdır - 100 qr şirədə yalnız 24 kalori var.

Həmçinin şirə sinir sisteminə də müsbət təsir edir, əhvalı yaxşılaşdırır, stress və depressiya ilə mübarizə etməyə kömək edir.

Ağcaqayın ağacının şirəsi böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

Şirə yazın əvvəlində yığılır. Bunun üçün ağacın kök hissəsindən 1 metrdən hündür olmayan gövdəsi çərtilərək rezin və ya kapron borunun bir ucu həmin nahiyəyə, digər ucu axan şirəni yığmaq üçün butulkaya qoyulur. Bir ağacdan 1-2 litr şirə yığmaq olar. Daha çox şirə yığmaq tövsiyə edilmir, çünki ağac məhv ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video