18 May 2019 20:42
1324
Elm və texnika
A- A+

Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir


Azərbaycan və Çin alimlərinin əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikir Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu” konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşündə səslənib.

Sie Fucan iki ölkə arasında tarixən yaranmış əlaqələrin müasir dövrdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində inkişaf etdiyini, birgə layihələrin icra olunduğunu deyib. O, Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi sahədə deyil, eyni zamanda, humanitar, mədəniyyət, elm və təhsil istiqamətlərində də əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib.

Çin Sosial Elmlər Akademiyasının prezidenti iki ölkə alimlərinin qarşılıqlı səfərlərini, birgə tədbirlərin təşkilini əməkdaşlığımızın vacib məqamlarından biri kimi dəyərləndirib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Rəhbərlik etdiyi akademiyanın Çinin elm və təhsil qurumları ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Akif Əlizadə ötən müddətdə Çin Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Çin Mühəndislik Akademiyası, Pekin Universiteti, Pekin Beynəlxalq Riyazi Tədqiqatlar Mərkəzi ilə səmərəli əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi elmi əlaqələrin intensiv və səmərəli inkişafına yol açıb. Birgə layihələr çərçivəsində 2018-ci ildə Bakıda keçirilmiş Azərbaycan-Çin əməkdaşlığına dair birinci beynəlxalq elmi konfrans ölkələrarası elmi əməkdaşlığın uğurlu nəticəsidir. Bundan başqa, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi yenidən qurularaq mühüm elmi mərkəzə çevrilib. Hazırda həmin mərkəzdə Çin dili kursları təşkil olunur, birgə elmi konfranslar keçirilir. Mərkəzdə "Azərbaycan ədəbiyyatında Çin mövzusu” antologiyası hazırlanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video