17 May 2019 18:57
1928
Səhiyyə
A- A+

Tərəvəzlərin yumurta ilə birgə qəbul edilməsi antioksidantların mənimsənmə dərəcəsini artırır


Tərəvəzləri toyuq yumurtası ilə birgə yemək daha yaxşıdır. Tədqiqatlar göstərib ki, orqanizm bu zaman daha çox antioksidant alır.

AZƏRTAC bu barədə "MedikForum”a istinadla xəbər verir.

Amerikalı alimlərin tədqiqatları nəticəsində məlum olub ki, tərəvəzlərin yumurta ilə birgə qəbulu zamanı orqanizmin faydalı maddələri mənimsəməsi əhəmiyyətli dərəcədə artır. Mütəxəssislər bu qənaətə gəliblər ki, xüsusilə, pomidorun, kahının və kökün tərkibində olan antioksidant maddələrin – karotinoidlərin miqdarı onların yumurta ilə birgə qəbulu zamanı 9 dəfəyədək arta bilər.

Alimlərin apardıqları eksperimentlərdə kişilər tərəvəz salatını müxtəlif variantda – tərkibində yumurta olan və tərkibində yumurta olmayan variantda qəbul ediblər. Məlum olub ki, salata yumurta əlavə edilən zaman orqanizmdə beta-karotin, alfa-karotin, likopin, lütein və zeaksantinin udulması artıb. Belə ki, lütein və zeaksantinin mənbəyi yumurta sarısında, digər maddələr isə tərəvəzlərin tərkibində olub.

Mütəxəssislər bu faydalı məsləhətdən istifadə etməyi və tərəvəz salatlarına toyuq yumurtası qatmağı tövsiyə edirlər. Onlar xatırladırlar ki, kökün tərkibindəki beta-kerotin orqanizmdə A vitamininə çevrilir, bu da öz növbəsində, görmə qabiliyyətinin yaxşılaşmasına və immun sisteminin möhkəmlənməsinə kömək edir. Pomidorun tərkibindəki likopin isə ağciyər, prostat, mədə xərçəngi xəstəliyinə tutulma riskini azaldır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video