17 May 2019 16:01
589
İQTİSADİYYAT
A- A+

Nazir: Azərbaycan ABŞ-a ölkəmizin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir


Azərbaycan ABŞ-a ölkəmizin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Maliyyə naziri Samir Şərifov deyib.

"Müəyyən fasilədən sonra Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası bərpa edildi. Hesab edirik ki, komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlığa, əlaqələrə kifayət qədər böyük töhfələr verir və bundan sonra da vermək imkanlarına malikdir”, - deyə nazir qeyd edib.

S.Şərifov bildirib ki, gələcək əməkdaşlığın prioritetləri, əsasən ticarət imkanlarının araşdırılması, təhlil edilməsi və şübhəsiz ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, həm Azərbaycandan ixracın, həm də ölkəmizə idxalın, qarşılıqlı investisiyaların həcmlərinin artırılması, yüksək texnologiyaların bölüşdürülməsidir: "Bu istiqamətdə ABŞ tərəfindən kifayət qədər maraqlı təkliflər təqdim olunub. Eyni zamanda, digər istiqamətlərdə də Azərbaycan tərəfinin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir. Azərbaycana ABŞ tərəfindən daha çox birbaşa investisiyaların yatırılması təklif olunur. Hesab edirik ki, bu sahədə iki ölkə arasında kifayət qədər yaxşı potensial mövcuddur. Ən vacibi isə əvvəlki illərdə yaradılmış münbit investisiyalar üçün çərçivə bundan sonra da ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video