17 May 2019 15:32
848
Mədəniyyət
A- A+

Çinin CCTV-4 telekanalı Azərbaycanla bağlı çoxseriyalı film çəkib


Çinin CCTV-4 beynəlxalq telekanalı Azərbaycanla bağlı çoxseriyalı sənədli film çəkib.

Hər seriyası 40 dəqiqə olan səkkiz hissəli film "Bir kəmər, bir yol” layihəsi çərçivəsində təqdim olunub.

Azərbaycanın bir sıra şəhərlərində çəkilişlər edən telekanal ölkənin iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizmi haqqında geniş məlumat verib. Müəlliflər bildirirlər ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib, 1992-ci ildə Çin ilə diplomatik əlaqələr qurub.

Filmdə qeyd olunur ki, qədim sivilizasiyalar arasında yerləşən Azərbaycan böyük İpək Yolu ticarətində Şərqlə Qərb arasında əsas körpü rolunu oynayıb. Televiziya filmində deyilir ki, qədim İpək Yolunun izləri Bakının hər bir küncündə hələ də sezilir. Filmdə Qobustan, Atəşgah, Yanardağ və digər tarixi abidələr, palçıq vulkanları, Azərbaycan nefti barədə də maraqlı faktlar yer alıb.

İpək Yolunun izləri ilə çəkiliş qrupu Şəkiyə də səfər edib, məşhur Şəki ipəyi istehsal olunan fabrikdə olub, bu bölgənin adət-ənənələri və mətbəxinin şah təamı - pitinin hazırlanmasını lentə alıb.

Telekanal bir neçə seriyanı isə Naxçıvana həsr edib. Müəlliflər Duzdağ Fizioterapiya Mərkəzi, Əlincəqala, Uşaq Bərpa Mərkəzi, Naxçıvan Dövlət Universitetində də çəkilişlər aparıb.

Filmdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə müsahibələr yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video