17 May 2019 12:51
739
DÜNYA
A- A+

Donald Tramp Türkiyə ilə ticarətdə imtiyazlı rejimi ləğv edib


ABŞ Prezidenti Donald Tramp mayın 17-dən Türkiyəni ixrac üçün preferans proqramı adlanan benefisiarlar - inkişaf etməkdə olan ölkələr siyahısından çıxararaq onunla imtiyazlı ticarət rejimini ləğv edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq 2019-cu il mayın 17-dən onun benefisiarlar – inkişaf edən ölkələr sırasından çıxarılmasının məqsədəuyğun olduğu qənaətinə gəlmişəm”, - deyə ABŞ prezidentinin bəyanatında bildirilir. Buna müvafiq olaraq Vaşinqton Ankara ilə xüsusi imtiyazlı rejim ticarətini ləğv edir.

ABŞ lideri öz qərarı barədə ABŞ Konqresini və Türkiyə hakimiyyətini məlumatlandırıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ hakimiyyəti Türkiyənin ixrac üçün preferans proqramında iştirakını yenidən nəzərdən keçirəcəyi barədə məlumat yaymışdı. Bundan əlavə, Ankara 1,78 milyard dollar həcmində ABŞ məhsullarına əlavə rüsumlar tətbiq etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video